Qarabaq.info » Gündəm » Elçin Sadıqov: "Mehman Hüseynova telefonla danışmağa şərait yaradılıb


Elçin Sadıqov: "Mehman Hüseynova telefonla danışmağa şərait yaradılıb

 

Vəkil Elçin Sadıqov martın 3-da Suraxanı rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən bloqqer Mehman Hüseynovun son durumu ilə bağlı açıqlama yayıb. Musavat.com-un xəbərinə görə, E.Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb:


"Bu gün Mehman Hüseynovla görüşdüm. Əhvalı yaxşıdır, hər kəsə salamı var. Ona göndərilən bütün salamları çatdırdım. Onu müdafiə edən hər kəsə təşəkkürünü çatdırmağımı xahiş etdi. Telefonla danışmağa şərait yaradılıb və danışıb".