Qarabaq.info » Gündəm » Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

 
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçirəcəklər.