Qarabaq.info » Gündəm » Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz Milli Cəmiyyətləri üzrə Nümayəndəliyinin Başçısı ilə işgüzar görüşü


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz Milli Cəmiyyətləri üzrə Nümayəndəliyinin Başçısı ilə işgüzar görüşü

 

2017-ci il oktyabr ayının 25-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz Milli Cəmiyyətləri üzrə Nümayəndəliyinin Başçısı cənab Maks  Santneri qəbul edib.


Qarabaq.info AzQAC-nin saytına istinadən xəbər verir ki, İlk öncə qonağı salamlayan və yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Cəmiyyətin prezidenti Novruz Aslanov qeyd edib ki, cənab Santnerin təyin olunması  Beynəlxalq Federasiya tərəfindən çox vacib strateji addımdır və bu haqda təklifin verilməsinin səbəbkarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti buna sevinir. Bu addım əməkdaşlığın güclənidirlməsi, işlərin çevik bir halda həyata keçirilməsi və Beynəlxalq Federasiyanın Cənubi Qafqazda mövqeyinin bildirilməsinə şərait yaradır.


Novruz Aslanov vurğulayıb ki, keçmişdə hər iki təşkilat tərəfindən çoxlu səmərəli fəaliyyətlər aparılmış, təşəbbüslər irəli sürülmüşdür. Lakin Beynəlxalq Federasiyanın ofisinin bağlanması nəticəsində işgüzar münasibətlər əvvəlki fəallığını itirmişdir. Yaranmış vəziyyətdə Hərəkatın digər nümayəndəsi, BQXK tərəfindən, sözün əsil mənasinda Milli Cəmiyyətin potensialının qurulmasına böyük dəstək verilmişdir. Misal olaraq keçən ilin aprel hadisələrində baş vermiş şəraitdə dəstəyi, Davamlılıq Planının hazırlanmasını və onun tərkib hissəsi olaraq yeni Fövqəladə Hallar zamanı fəaliyyət göstərəcək Çevik Komandaların yaranmasını gətirmək olar. Ona görə də, Beynəlxalq Federasiya ilə münasibətlərin son bir vaxtda yenidən aktivləşməsi (Beynəlxalq Federasiyanın Büdapeştdə yerləşən Regional Ofisinin Başçısı cənab Simon Missiri və onun əməkdaşlarının Bakıya gəlişi, Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin təşkil edilən müxtəlif görüşlərdə iştirakı və birgə layihələrin həyata keçırılməsi haqqında müzakirələr) və irəliyə doğru getməsi çox müsbət qarşılanır.


Söhbət zamanı cənab Santnerin keçmişdə Avstriya Qızıl Xaç Cəmiyyətinin əməkdaşı olduğunu nəzarə alaraq, Avstriya Qızıl Xaçı və Avstriya İnkişaf Agentliyinin birgə dəstəyi ilə regional səviyyədə hər üç Cənubi Qafqaz ölkələrinin Milli Cəmiyyətləri tərəfindən aparılan Təhlükəsiz və Möhkəm İcmaların qurulması layihəsi ayrıca qeyd olundu. Layihə həyata keçirilən rayonların icra hakimiyyətləri, həmçinin icma tərəfindən yüksək qiymətləndirilir və onun davam olunması çox müsbət qarşılanır. Digər donor Milli Cəmiyyətləri cəlb etməklə belə tipli əlaqələrin inkişafı alqışlanır.


Görüşə görə təşəkkürünü bildirən cənab Santner qeyd edib ki, hal hazırki vaxtda yeni açılmış nümayəndəlik yaxın və uzaq gələcəkdə Cənubi Qafqaz Milli Cəmiyyətləri ilə sıx əməkdaşlıq çərçivəsində çalışmasına doğru addımlar ataraq hər üç cəmiyyətin potensialının inkişafına və işgüzar münasibətlərin möhkəmləndirilməsinə dair bütün lazımlı addımları atmağa hazırdır. Strateji baxımdan cənab Sandler qeyd edib ki, onun məqsədi Beynəlxalq Federasiya tərəfindən Milli Cəmiyyətin ümidlərinə, tələblərinə, ehtiyaclarına əsaslanaraq  lazımım dəstəyi verməklə cəmiyyət,  Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə Hərəkatın Əməkdaşlıq üzrə Razılaşması çərçivəsində Federasiyaya aid olan vəzifə öhdəliyini yerinə yetirməkdir.


Qeyd edilib ki, hal hazırki vaxtda potensialın güclənidirlməsinin bir hissəsi olan Fövqəladə Hallar zamanı irəli sürüləcək birgə Davamlılıq Planının hazırlanması, plana əsasən Hərəkat daxili və digər tərəfdaşları nəzərə alaraq vəzifə borclanın aydınlaşdırılması və bununla Qızıl Aypara Cəmiyyətinin davamlı Fövqəladə Hallara Hazırlıq sisteminin qurulması çox vacibdir.


Görüşün sonunda cəmiyyətin prezidenti cənab  Novruz Aslanov cənab Santleri yeni vəzifəyə təyin olunması ilə bağlı bir daha təbrik edib, yeni açılmış ofisin fəaliyyətlərində uğurlar arzulayib və hər iki təşkilatın sıx əməkdaşlıq münasibətlərinin inkişafı əsasında  səmərəli nəticələrin əldə olmasına ümid bəslədiyini bildirib.


 
Qarabaq.info