Sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, ailəyə dəstək və ailənin maarifləndililməsi xidmətləri göstərilir
19 dekabr 2017 20:42
Baxış Sayı: 1 647,
Müəllif: Qarabaqinfo
Çap Et
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi hal- hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün Kürdəmir rayonu üzrə icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” sahəsində sosial xidmət sifarişini icra edir. Sosial sifarişin icrası müddətində 0-18 yaş arası Sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, ailəyə dəstək və ailənin maarifləndililməsi xidmətləri göstərilir. Birliyimiz Kürdəmir şəhərində 3 dekabr Beynəlxalq Əlilər günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsinin əməkdaşları, Şəhər Poliklinikasının həkimi, Mərəkəzə cəlb olunmuş uşaqlar, valideynlər Qarabağ və çernobil əlliləri dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə Birliyin sədri Rafiq Alışov açıq elan etmişdir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günündən danışmışdır. Tədbiri Kürdəmir rayon Uşaq Yaradıcılq Mərkəzinin və Mərkəzə cəlb olunmuş Sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları kompozisiya ilə davam etdirilmişdir. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin mətbuat xidməti Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|