Qarabaq.info » Sosial » “Sağlamlıq imkanları məhdud uşaqlara diqqətin artırılması və cəmiyyətə inteqrasiyası“ mövzusunda dəyirmi masa təşkil etmişdir


“Sağlamlıq imkanları məhdud uşaqlara diqqətin artırılması və cəmiyyətə inteqrasiyası“ mövzusunda dəyirmi masa təşkil etmişdir


“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə hər il həyata keçirilən “Ümumdünya Uşaqlar Günü” münasibətilə Göygöl rayonunda “Sağlamlıq imkanları məhdud uşaqlara diqqətin artırılması və cəmiyyətə inteqrasiyası“ mövzusunda dəyirmi masa təşkil etmişdir. 


Tədbiri giriş sözü ilə Göygöl rayon İcra hakimiyyətinin əməkdaşı Vüqar Hüseynov açaraq, tədbirin əhəmiyyətini qeyd etməklə,sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən dövlət qayğısından danışmışdır. “Beyləqan Gənclərin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev uşaq hüquqları və onun qorunmasından, ölkə rəhbərliyinin uşaqlara olan diqqət və qayğısından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsindən, layihə çərçivəsində həyata keçirilən işlərdən danışmışdır. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov “Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi” mövzusunda çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını qeyd etmişdir. Rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə qrupun əməkdaşı Süleyman İbrahimov, Göygöl şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Mirzə Məmmədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva, DSMF-nin Göygöl rayon şöbəsinin, təhsil şöbəsinin əməkdaşları,məktəb psixoloqları, uşaq birliyi rəhbərləri çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara diqqətin artırılması, onların təhsilə, sosial fəaliyyətlərə və cəmiyyətə inteqrasiyası sahəsindəki problemləri qeyd edərək, rastlaşdıqları çətinliklər müzakirə olunmuşdur.


Tədbirdə Müxtəlif təkliflər verilmiş, motivasiya tipli video-rolik nümayiş etdirilmişdir. Sonda isə bu sahədə dövlət orqanlarının və QHT-lərin əməkdaşlığının vacibliyi qeyd olunmuş, qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsi qərara alınmışdır.


Arzu Rehimov
"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin
İcraçı Direktoru

 

 
Qarabaq.info