Qarabaq.info » Gündəm » “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin BƏYANATI


“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin BƏYANATI

 

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonun Alxanlı kəndində yaşayanmülki əhalinin o cümlədən azyaşlı uşağın qətlə yetirilməsi,

yaralanması və mülki obyektlərinin atəşə tutulması ilə bağlı


                                                                        BƏYANATI


Ermənistan silahlı qüvvələri 4 iyul 2017-ci il tarixdə növbəti dəfə Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalini, onların yaşayış evlərini, mülki obyektləri təsərrüfat sahələrini ağir silahlardan atəşə tutmuşdur.


Bunun nəticəsində dinc mülki sakinlər - 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanmışdır.


1988-ci ildən başlayaraq Azərbaycan ərazilərinin 20% ərazisini 27 ildən artıq davam edən işğal nəticəsində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış, əlil olmuş, əsir və girov götürülmüşdür. Milli və dünya mədəniyyətinə aid dini, mədəni, mülki, sosial və digər obyektlər vandalizmə məruz qalaraq tamamilə dağıdılmış və talan olunmuşdur. Müxtəlif vaxtlarda Azərbanın müxtəlif yerlərində, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistan teroruna məruz qalmış, Ermənistanda etnik təmizləmə aparılaraq monoetnik dövlət yaradılmış, yüz minlərlə insanın hüquq və azdlıqları kobudcasına pozulmuşdur.


Ermənistanın terrorçu hakimiyyəti beynəlxalq qurumların sülh çağırışlarına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinə, BMT Baş Məclisinin, AŞPA, Avropa Birliyi və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq beynəlxalq hüquqa etinasız və saymazyana münasibət göstərməkdə davam edir.


Cəbhə bölgəsinin bir addımlığında olan Beyləqan rayonunda fəaliyyət göstərən “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi olaraq olaraq nüfuzlu beynəlxalq təşkilatlara, tərəqqipərvər ictimaiyyətə, insanlığa, hümanizmə və insan haqlarına hörmət edən qurumlara müraciət edərək nəhayət ikili standartlardan əl çəkib Azərbaycana qarşı aparılan erməni təcavüzünə, işğala, terrora göz yummamağa, yalnız həmişəki kimi bəyanatların qəbul edilməsi formasında deyil, konkret addımlar atmaqla nəticəsi olan fəaliyyətlərin həyata keçirilməsinə çağırırıq.


Biz, Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərinin beynəlxalq hüquq normalarına uyğun, dünya ölkələri və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində bərpa olunmasını, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını, regionda sülhün, ədalətin bərpa olunmasını, insanların hüquq və azadlıqlarının təmin olunmasını tələb edirik və beynəlxalq ictimaiyyəti buna biganə qalmamağa çağırırıq.


Qarabaq.info