Elmin İnkişafı Fondu ötən il elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini açıqlayıb
27 oktyabr 2016 12:24
Baxış Sayı: 1 253,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
Qarabaq.info Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9.970.000 manat olmaqla 57 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 13 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.
Elmin İnkişafı Fondu gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.
Müsabiqənin nəticələri ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.
Qeyd olunub ki, layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.
Müsabiqənin əsas prioritetləri Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; Kök-hüceyrə tədqiqatları, herantologiya; Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; İzotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; İqtisadi inkişaf modelləri olub. apa |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|