Millət vəkili Q. Paşayevanın qəhrəman Qaziantepdə Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib
20 dekabr 2017 12:46
Baxış Sayı: 1 589,
Müəllif: Qarabaqinfo
Çap Et
Türkiyənin ən böyük vilayətlərindən biri olan qədim Qaziantepdə ilk öncə Universitetdə “Türk dünyası, Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ problemi” sonra isə Böyükşehir Belediyyesi Onar Kutlar salonunda Qaziantep Türk Ocaqlarının təşkilatçılığı ilə “Qarabağ problemi, Türk dünyası sorunları və Azərbaycan-Türkiyə əməkdaşlığı” adlı konfranslar vermək üçün bu bölgədə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Qaziantep bələdiyyə başqanı Fatma Şahin ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Qaziantepin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda qədim Qaziantep vilayətinin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Qaziantepdə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Qaziantep bələdiyyə başqanı Fatma Şahin Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Qazinatepdə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Qaziantep bələdiyyə başqanı Fatma Şahinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək hər zaman Azərbaycanı görməkdən məmun olduğunu bildirib. O, millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Qaziantepdə konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Qaziantepə dəvət edib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanı ilə görüşə Qaziantep Universtetində təhsil alan azərbaycanlı tələbələrdən də danışıb və buradakı tələbələrimiz sizə əmanətdir deyərək onların ortaya çıxan məsələlərinin həllində bələdiyyə başqanının hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Regionların Maarifləndirilməsi İçtimai Birliyinin təmsilçisi Arzu Bağırova, Qaziantep Türk Ocaqları və Qaziantep Universiteti Yurtdışındakı Türkler ve Akraba Toplulukları Araştırmaları Uygulama ve Araştırma Merkezinin rəhbərinin iştirak etdiyi görüşdə onlar da bir sıra təkliflərlə çıxış ediblər və geniş müzakirələr aparılıb. Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: