Müğənnilər bayrağımızdakı rənglərin mənasını bilmədi - BİABIRÇLIQ
10 noyabr 2016 10:48
Baxış Sayı: 933,
Müəllif: Qarabaqinfo
Çap Et
Bu gün Dövlət Bayrağı günüdür.Üçrəngli bayrağımız Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il aprelin 28-də üçrəngli bayrağımız dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəz edilib. Nəhayət, 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli, ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Teleqraf.com məşhurlardan üçrəngli bayrağımızın rənglərinin mənasını soruşub. Sorğunun nəticəsini təqdim edirik: Mətanət Əsədova: “Bayrağımızın rənginin mənası… (fikirləşir) Olar bir azdan zəng edəsiniz? İndi elə bir yerdəyəm ki, danışa bilmirəm”. (10 dəqiqə keçdikdən sonra zəng edən müğənni bayrağımızın rənginin mənasını açıqlayıb: “Yaşıl rəng islam ideolgiyasını, göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizin, demokratiyamızın simvoludur”). Sevda Sanalıyeva: "Bu sorğuda iştirak etmək istəmirəm”. Səməd Səmədov: (Sualı yarımçıq kəsərək) “Moskvadayam, gələndə danışarıq”. Elariz Məmmədoğlu: “Bayrağımızın rəngində yaşıl islamı, qırmızı müasirliyi, göy türklüyü bildirir”. Manaf Ağayev: “Hüzr yerindəyəm, danışa bilmirəm” Niyam Salami: “Yaşıl islamı bildirir, biri müasirlik idi… Qırımızı rəngi isə bilmirəm”. Müğənni Nazənin: “Bayrağın göy rəngi türklüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir”. Xuraman Şuşalı: “Əslində, bilirdim. Elə bir vaxtda zəng etmisən ki… Hə, göy rəng türklüyümüzü, qırmızı isə müasirliyi bildirir”. İslam Mehrəliyev: “Göy rəng müasirliyi, bağışlayın, türklüyü bildirir. Yaşıl islamı, qırmızı isə müasirliyi bildirir”.big.az |
Bu xəbəri dostlarınla paylaş: