Çavuşoğlu: “Rusiyanın Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq”
01 dekabr 2016 16:11
Baxış Sayı: 605,
Müəllif: Qarabaqinfo
Çap Et
“Rusiyanın Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq. Suriya, İraq, Aralıq dənizi məsələlərində əməkdaşlıq iki ölkə münasibətləri baxımından çox önəmlidir. Suriyadakı durum ortadadır, göz yaşı var. Humanitar yardımlar lazım olan yerlərə çatdırılmalıdır”.
Qarabaq.info APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkə Suriyanın ərazi bütövlüyü məsələsində ortaq mövqedədir və problemin siyasi yolla həlli məsələsində həmfikirdir.
Nazir “Türk axını” və Akkuyu AES layihələrinin iki ölkənin enerji əməkdaşlığı baxımından üçün çox önəmli olduğunu söyləyib: “Rusiya ilə əməkdaşlığımızın inkişafı həm ölkələrimizə, həm də bütün bölgəyə müsbət təsir göstərəcək. Dəyərli dostum Sergeylə dünən axşamdan bəri bu mövzuları müzakirə edirik”.
Qeyd edək ki, Antalyada Türkiyə-Rusiya ortaq strateji planlaşdırma qrupunun 5-ci toplantısı keçirilib. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|