NATO PA sədri: “İŞİD-ə qarşı mübarizədə bütün imkanlarımızdan istifadə edəcəyik”
21 noyabr 2016 12:40
Baxış Sayı: 642,
Müəllif: Qarabaqinfo
Çap Et
”Yeni dönəmdə də rolumuzu oynamağa davam edəcəyik”.
Son 16 ildə NATO-nun yeni dönəmə uyğunlaşması barədə danışan Terner bildirib ki, təşkilat qarşısında duran əsas vəzifələrdən biri terrorizmə qarşı mübarizədir: ”İŞİD Əfqanıstan, İraq, Suriya və Liviyada mövcuddur, başqa bölgələrdə də təmsil olmağa çalışır. Bu terror təşkilatına qarşı mübarizədə NATO bütün imkanlarından istifadə edəcək”.
O, FETÖ-nun 15 iyuldakı hərbi çevriliş cəhdindən sonra istər vətəndaşı olduğu ABŞ-ın, istərsə də sədri olduğu təşkilatın Türkiyənin seçilmiş iqtidarı və demokratiyasını dəstəklədiyini bildirib. Yeni dönəmdə NATO-nun təsir gücünün artırılacağını deyən M. Terner təşkilatın həm hücum, həm də müdafiə imkanlarının genişləndirilməsinin vacibliyini önə çəkib.
Avropanın ABŞ-la birliyinin daha da gücləndiriləcəyini vurğulayan NATO PA sədri təşkilata üzv olan ölkələri həm fərdi, həm də təşkilat daxilində fəaliyyətini gücləndirməyə çağırıb: ”Siz də həm öz ölkənizdə, həm də NATO PA-da işləsəniz, öhdəsindən gələ bilməyəcəyimiz problem qalmaz. Yeni dönəmdə də biz öz rolumuzu oynamağa davam edəcəyik”. Qeyd edək ki, bu, M. Ternerin NATO PA sədri kimi son çıxışı olub. |
loading...
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.