Qarabaq.info » Dünya » Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var


Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var

 

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

 

 Qarabaq.info APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları binaya  əldəqayırma qumbara atıb,  iriçaplı silahlardan atəş açıblar.

 

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

 

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb. apa