Dogru.Tv > Dünya > Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var

Türkiyədə terrorçular hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edib, yaralılar var


Tarix: 31-10-2016, 11:09. Müəllif: Qarabaqinfo
 

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

 

 Qarabaq.info APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları binaya  əldəqayırma qumbara atıb,  iriçaplı silahlardan atəş açıblar.

 

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

 

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb. apa


Geri Qayıt