AB baş diplomatını Yaxın Şərqə göndərdi
29 oktyabr 2016 22:15
Baxış Sayı: 572,
Müəllif: Qarabaqinfo
Çap Et
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin İrana səfəri başlayıb.
Qarabaq.info Axar.az İRNA agentliyinə istinadən xəbər verir ki, Moqerini Tehranda İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Səfər zamanı əsas müzakirə mövzusu Suriya olub.
Qeyd edək ki, AB-nin baş diplomatının Yaxın Şərq səfəri 31 oktyabra qədər davam edəcək. O, İrandan sonra Səudiyyə Ərəbistanına yollanacaq və burada da Suriya böhranı müzakirə olunacaq. |
Bu xəbəri dostlarınla paylaş: