Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
23 sentyabr 2016 15:04
Baxış Sayı: 823,
Müəllif: Behruz
Çap Et
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd ediblər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən Elmar Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə, regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb. O əlavə etdi ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb. AZƏRTAC. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|