Qarabaq.info » Dünya » Obama pis siyasəti ilə Türkiyəni itirdi – ABŞ mediası


Obama pis siyasəti ilə Türkiyəni itirdi – ABŞ mediası

 

Obamanın məntiqsiz davranışları Türkiyəni ABŞ-dan uzaqlaşdırdı.

 

Qarabaq.info Axar.az istinad xəbər verir ki, bu barədə “Amerikan İnterest” jurnalında çap olunan analizdə qeyd edilib.

 

Məqalədə Obamanın qərarsızlığı nəticəsində Rusiyanın yaxın Şərqdə möhkəmləndiyi, Türkiyənin Qərbdən xeyli uzaqlaşdığı iddia olunub:

 

“Bu, təkcə Vaşinqtonun yox, elə NATO-nun da ciddi problemidir. Obamanın Suriya siyasəti ölkənin milli maraqlarına ziddir. Moskva isə Vaşinqtonun qərarsızlığından istifadə edərək, İran və Türkiyə ilə əlaqələri düzəltdi. Bu əlaqələr regional müttəfiqlik səviyyəsinə çatıb.

 

Suriyada xeyli problem var, alternativlər isə azdır. Ancaq Obamanın Suriya siyasəti ən pis təcrübələrdən biri kimi uzun illər dünya siyasətində xatırlanacaq”.  Axar.az