Qarabaq.info » Cəmiyyət » Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi


Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

 

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.  


Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ”Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.

Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.