Qarabaq.info » Gündəm » Qənirə Paşayeva MM-də əlillər və autuzmli xəstələrlə bağlı təkliflərlə çıxış edib


Qənirə Paşayeva MM-də əlillər və autuzmli xəstələrlə bağlı təkliflərlə çıxış edib

Qarabaq.info Müsavat.com istinat bildirir ki, Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında  əlillərin işlə təminatındakı  problemlərdən danışıb və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini qaldırıb.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var: "Məşğulluq haqqında qanuna görə əlillərin işlə təminatı üçün kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı sərt addımlar atılmalıdır. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təminatı üçün addımlar atılmalıdır. Bir sözlə, əlillərin işlə təminatı, məşğulluğu sahəsində öz həllini gözləyən bir sıra çox ciddi məsələlər var və biz qanunvericilik orqanı olaraq bu istiqamətdəki bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var və biz onları bu məsələyə daha böyük diqqət ayırmağa çağırırıq. Milli Məclisdə hökumətin hesabatı zamanı məşğulluq haqqında qanunun necə yerinə yetirilməsi, bunu yerinə yetirməyənlərə qarşı görülən tədbirlər, daha çox hansı qurumların bu istiqamətdə pozması, onlara qarşı görülən tədbirlərlə bağlı məsələlər də öz əksini tapsa yaxşı olardı. Biz də bilərdik ki kimlərdir daha çox bunu yerinə yetirməkdən imtina edənlər. Və belələrinə qarşı sərt tədbirlər görülməlidir.  Millət vəkili Q. Paşayeva Milli Məclisdə həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva Millii Məclisdəki çıxışında Təhsil naziri Mikayıl Cabbarova xahiş çağırışı da səsləndirib:”Müəllim ixtisası üzrə unuversitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bir neçə gün əvvəl bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onlar arasında unversitetlərə tam sağlam gənclərdən də yuxarı ballarla daxil olan və oxuyan istedadlı gənclər var. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki Təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq. Onların işə böyük ehtiyacı var və bütün qurumları görmə qabiliyyəti məhdud olan insanları onların görə biləcəyi işlə təmin etməyə xüsusi həssaslıq göstərməyə çağırırıq”.  Millət vəkili Q. Paşayeva Milli Məclisdə çıxışında “əlillər və əlillərin reablitasiyası” ilə bağlı qanunun qəbulunun vacibliyndən danışıb:” MM-in Sosial Siyasət komitəsində “əlillər və əlillərin reablitasiyası” ilə bağlı qanun layihəsi hazırlanırdı. Yaxşı olardı ki biz həmin layihəni payız sessiyasında müzakirəyə çıxaraq. Çünki əlillərin reablitasiyası ilə bağlı öz həllini gəzləyən ciddi məsələlər var və bu istiqamətdə qanunun qəbulu onların həllinə böyük təsir göstərə bilər”. Millət vəkili Qənirə Paşayeva Parlamentdə autizmli xəstələrin problemlərini qaldırıb, autizmli insanlara dəstək göstərilməsi ilə bağlı məsələlərin qanunvericilikdə  öz həllini tapmasının vacibliyini vurğulayıb və payız sessiyasında bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasını təklif edib. Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb  və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb:” Həmkarım Musa Quliyevin bu məsələ ilə bağlı səsləndirdiyi bütün fikir və təklifləri dəstəkləyirəm.  Bu gün  bu əməliyyat üçün insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Göz İnstitunda bu əməliyyatı keçirmək üçün bütün imkanlar da var yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Axı qanunvericilikdə buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsi qadağan edilmir. Mən həmkarım Musa Quliyevin təklifini dəstəkləyirəm və hesab edirəm ki həm qanununvericilik bəzi qanunlara əlavələr etməklə həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq”.