Qarabaq.info » İqtisadiyyat » Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb


Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Qarabaq.info AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8335 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% ucuzlaşaraq  0,0282 manata enib.
 

Türkiyə lirəsinin məzənnəsi 0,28% möhkəmlənərək 0,4997 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1866 manatdır. Beləliklə, funt sterlinqin 0,46%-lik artım baş verib.

 

Gürcüstan larisinin məzənnəsi isə 0,64% geriləyərək 0,6497 manat olub.