Dogru.Tv > İqtisadiyyat > Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıbTarix: 19-12-2016, 11:15. Müəllif: Qarabaqinfo |
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Qarabaq.info AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8335 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% ucuzlaşaraq 0,0282 manata enib. Türkiyə lirəsinin məzənnəsi 0,28% möhkəmlənərək 0,4997 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1866 manatdır. Beləliklə, funt sterlinqin 0,46%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,64% geriləyərək 0,6497 manat olub. Geri Qayıt |