IGB gələn ilin əvvəlində Azərbaycanla müqavilə imzalayacaq - RƏSMİ
13 sentyabr 2017 17:13
Baxış Sayı: 900,
Müəllif: Qarabaqinfo
Çap Et
Interconnector Greece-Bulgaria (IGB) konsorsiumu 2018-ci ilin əvvəlində adıçəkilən boru kəməri ilə qaz nəql edəcək tərəflərlə, o cümlədən Azərbaycanla müqavilələr imzalamağı planlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə konsorsiumun saytında yer alan məlumatda deyilir.
"EWRC (Bolqarıstan) və RAE (Yunanıstan) kimi tənzimləyici qurumlar cari ilin oktyabr ayının sonunadək boru kəmərinə üçüncü tərəflərin qoşulması ilə bağlı məsələni həll etməlidir. Ardınca 2018-ci ilin yanvarınadək Avropa İttifaqı tərəfindən müvafiq qərarın verilməsi gözlənilir ki, bunun əsasında qaz nəqlinə dair müqavilələr imzalanacaq", - deyə məlumatda vurğulanıb. "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 1 mlrd. kubmetrinin Bolqarıstana çatdırılmasını məhz IGB təmin edəcək. Bununla yanaşı, interkonnektor vasitəsilə SOCAR-a məxsus ildə 250 mln. kubmetr həcmində (5 il ərzində) qaz da nəql oluna bilər. Bunun üçün IGB-nin TAP layihəsinə qoşulması nəzərdə tutulub. TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%. Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|