Qarabaq.info » Sosial » Bu beş nəfərin hal-hazırda "İÇƏRİDƏ" olması hər bir Cəbrayıllının çiyinlərində bir yükdü.


Bu beş nəfərin hal-hazırda "İÇƏRİDƏ" olması hər bir Cəbrayıllının çiyinlərində bir yükdü.


 
Hadisənin içində olan hər kəs polisi də, İcra Hakimiyyəti orqanı da yaxşı bilir ki, bu adamların bir istəyi olub.

Qarabaq.info xəbər verir ki, Əhalin istəyi ondan İbarətdir ki, son 100 ilin ən soyuq qışını ışıqsız yola verə bilməyəcəyik! Çünki bizim evi isitmək üçün alternativ bir istilik mənbəyimiz yoxdur! İmkanı olanının işığını yandırıb olmayanınkını kəsəndə düşünmək lazım idi...axı bu adamların evlərində yaşlısı, körpəsi var! Nəticə heç də ürək açan olmadı. Nəticədə polislərimiz vətəndaşlarımız xəsarət aldı və bu 5 nəfər həmyerlimiz barmaqlıqlar arxasına göndərildi! Bu bizə lazım idimi? Lazım deyildi! Həbs olunan həmyerlilərimizin azad olunmasını, həyat tərzimizin normal axarına düşməsini istəyirik. Bu beş nəfərin hal-hazırda "İÇƏRİDƏ" olması hər bir Cəbrayıllının çiyinlərində bir yükdü. 
 
Ülvi Quliyev, Cəlal Quliyev, İlkin İsgəndərov, Zaur Fehruzlu və Gülağa Alməmmədov məmur özbaşınalığının, sivil qaydada sosial problemin həll olunmamasının, vətəndaş hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının qurbanlarıdır. Biz qardaşlarımızı qarşıdan galan yeni ildə azadlıqda, ailələrinin yanında, evlərində, ocaqlarının başında görmək istəyirik. Ən az ona görə ki, bu onların vətəndaş olaraq təbii haqqıdır, sosial şəbəkə.