Gələn il baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb
21 noyabr 2016 11:34
Baxış Sayı: 784,
Müəllif: Qarabaqinfo
Çap Et
2017-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, gələn il 2 Ay və 2 Günəş tutulması olacaq. İlk Ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, Ay tutulması saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Avqustun 7-də isə ikinci Ay tutulması gözlənilir. Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.
Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da Günəş tutulması saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. Avqustun 21-də isə saat 19:47-də başlayacaq ikinci Günəş tutulması saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə başa çatacaq. Qarabaq.info |
loading...
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
