250 yük maşını iki gündür Azərbaycan-Rusiya sərhədini keçə bilmir
11 noyabr 2016 12:58
Baxış Sayı: 777,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb. Ərazidə təxminən 250-dək yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir. Sürücülərin sözlərinə görə, bu durum 2 gündür yaşanır. Rusiyaya müxtəlif çeşidli mal aparanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya və İrandan olan sürücülər də var. Onlar problemin Rusiya tərəfi ilə bağlı olduğunu iddia edirlər. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən isə APA-ya son 2 gündə “Samur” gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin nisbi sıxlığının müşahidə olunmasını təsdiqləyiblər: “Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır”. Məlumatda deyilir ki, hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq DGK-nin rəhbərliyi Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. azadliq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|