Beyləqan rayon Gənclər Mərkəzində "Bahar tumurcuqları" adlı tədbir keçirilib
13 mart 2017 14:41
Baxış Sayı: 1 038,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() 10 mart 2017-ci il tarixində Beyləqan rayon Gənclər Mərkəzində "Bahar tumurcuqları" adlı əyləncəli tədbir keçirilib. Tədbirdə Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzinin rəqs və qiraət dərnəyinin fidanları müxtəlif proqramlarla iştirak ediblər. Həmçinin tədbirdə "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin, Beyləqan rayon Təhsil şöbəsinin və Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər. Musiqili-əyləncəli proqram fidan balaların sevincinə səbəb olub. ![]() ![]() ![]() ![]() ![]() Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: