Qarabaq.info » Siyasət » Prezident İlham Əliyev: "Mehriban Əliyevanın həyatında yeni dövr başlayır"


Prezident İlham Əliyev: "Mehriban Əliyevanın həyatında yeni dövr başlayır"

 

“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir".

 

 Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır: "Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfərə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində çox mühüm addımlar atıb, seçicilərlə daim təmasdadır. Eyni zamanda deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihə, proqram həyata keçirilib. Onların arasında xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” qeyd edilməlidir. Məhz bu Proqram nəticəsində son 13 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub, yaxud yenidən tikilib”.

 

 

Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim.

 

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: “Bir çox halda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etdin, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mədəni, ənənəvi, tarixi irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğamın yenidən inkişafı və beynəlxalq arenaya çıxması Fondun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Muğam bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun böyük rolu olub”.

 

Dövlət başçısı nəzərə çatdırıb ki, Heydər Əliyev Fondu dünyada Azərbaycanlı bağlı çoxsaylı təqdimat, tədbirlər keçirib: “Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müasir, dinamik inkişaf edən ölkə, eyni zamanda Azərbaycan xalqının öz tarixi köklərinə çox bağlı xalq olmasını daha da anlayıb. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək böyük nailiyyətdir. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman oyunu kimi qalacaq. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, Təşkilat Komitəsinin sədri odur. Əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.

 

Prezident vurğulayıb ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Məhz öz fəaliyyəti nəticəsində o, bir çox ölkənin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur ki, bu iki mötəbər təşkilatın xoşməramlı səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biridir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə çox önəmli töhfələr verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilib.

 

Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkənin inkişafına öz dəyəli töhfəsini verəcək. Bu təyinat münasibəti ilə onu təbrik edir və yeni-yeni uğurlar arzulayıram”.APA.