Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrasına dair qanun hazırlanıb
24 yanvar 2017 18:18
Baxış Sayı: 748,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Ötən il təklif olunan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizmin dəyişdirilməsi barədə qanun layihəsi hazırlanıb.
Qarabaq.info Milli Məclisdən APA-ya verilən məlumata görə, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi parlamentin 2017-ci ildə yaz sessiyasının iş planına daxil edilib.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə təşkilatın üzvüdür. |
loading...
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|