Qarabaq.info » Siyasət » Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib


Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib

 

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

 

Qarabaq.info APA-nın “dunyanews.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

 

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

 

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.