Qarabaq.info » Siyasət » Kerri İsrail qarşısında şərt qoydu


Kerri İsrail qarşısında şərt qoydu

 

İsrail və ərəb dövlətləri arasındakı münasibətlər Fələstin problemindən ayrı tutula bilməz.


 Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Con Kerri deyib.

“İsraillə ərəb dövlətləri arasında heç bir separat sülh sazişi bağlanıla bilməz. Bu acı həqiqəti hər kəs anlamalıdır. İsrail hökuməti seçim etmək məcburiyyətindədir. Ya siz Fələstin torpaqlarında yaşayış sahələri salmaqda davam edəcəksiniz, ya da hər iki dövlətin – Fələstin və İsrailin mövcudluğunu qəbul etməlisiniz”, - Kerri bildirib.