İlham Əliyev ABŞ-ın yeni administrasiyası ilə uğurlu əməkdaşlığa ümid edir
22 noyabr 2016 20:50
Baxış Sayı: 663,
Müəllif: Qarabaqinfo
Çap Et
İlham Əliyev Bridcet Brinki qəbul edib Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə,dövlət başçısı iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edib, ABŞ-ın bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Amerika arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. amerikaninsesi.org |
loading...
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
