Dogru.Tv > Siyasət > İlham Əliyev ABŞ-ın yeni administrasiyası ilə uğurlu əməkdaşlığa ümid edir
İlham Əliyev ABŞ-ın yeni administrasiyası ilə uğurlu əməkdaşlığa ümid edirTarix: 22-11-2016, 20:50. Müəllif: Qarabaqinfo |
İlham Əliyev Bridcet Brinki qəbul edib Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə,dövlət başçısı iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edib, ABŞ-ın bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Amerika arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. amerikaninsesi.org Geri Qayıt |