Qarabaq.info » Siyasət » Sekuta ABŞ-ın Qarabağ mövqeyini açıqladı


Sekuta ABŞ-ın Qarabağ mövqeyini açıqladı

 

ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistanla bu münaqişənin həlli üçün səylərini davam etdirir.

 

Qarabaq.info Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.  axar.az