Dogru.Tv > Siyasət > Sekuta ABŞ-ın Qarabağ mövqeyini açıqladı
Sekuta ABŞ-ın Qarabağ mövqeyini açıqladıTarix: 21-10-2016, 19:17. Müəllif: Qarabaqinfo |
ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistanla bu münaqişənin həlli üçün səylərini davam etdirir.
Qarabaq.info Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir. axar.az Geri Qayıt |