Vasif Talıbov Larsenlə görüşdü
01 oktyabr 2016 22:12
Baxış Sayı: 703,
Müəllif: Qarabaqinfo
Çap Et
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenlə görüşüb.
Qarabaq.info Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri onun Naxçıvana səfərinin əhəmiyyətini qeyd edib və ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Muxtar respublikanın inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması üçün potensialın olduğunu bildirib.
Göstərilən diqqətə görə minnətdarlıq edən Ceyms Martin Larsen Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Qonaq Avstraliya İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib, Naxçıvana səfərin əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|