Qarabaq.info » Siyasət » Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

 
Mayın 29-da Minskdə Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov ilə Azərbaycanın bu ölkəyə yenidən təyin olunmuş səfiri Lətif Qəndilov arasında protokol görüşü baş tutub."Report" xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, görüş zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığı və onun perspektivlərini müzakirə ediblər.istiqlal.az