Açıq Hökumət Platformasının toplantısı keçirilib –Yeni üzvlər qəbul edilib
05 may 2017 12:09
Baxış Sayı: 927,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirib. Konfransda strateji yol xəritələrinin icrası, monitorinqi məsələlərində vətəndaş cəmiyyətinin baxışı, təklifləri səslənib: "Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıc kimi qiymətləndirilməlidir. Çünki bu sənəd çərçivəsində islahat proseslərinə dəstək vacibdir. Strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək. Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq”. Ə.Nuriyev Platforamnın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyini və tədbirin təşkili üçün müvafiq hazırlıqlar görüldüyü barədə məlumat verib. Platforma koordinatoru qeyd edib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə üzvlərin təklifləri ümumiləşdirilib və bir daha müvafiq dövlət qurumlarına təqdim edilib. May ayının ikinci yarısında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinin Bakıya səfər edəcəyini xatırladan Ə.Nuriyev Platforma üzvləri ilə də görüş keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Platforma üzvlərinin QHT-lərin banklarla yaranmış problemlərin müzakirəsi və həllində fəal iştirak etdiyini vurğulayan Ə.Nuriyev vətəndaş cəmiyyətini narahat edən məsələlərlə bağlı təşəbbüslərin davam edəcəyini diqqətə çatdırıb. O, yaxın vaxtlarda Platformanın buklet və büroşurunun çap olunacağını, eyni zamanda elektron bülletenlərin hazırlanacağı barədə məlumat verib. Koordinatorun çıxışından sonra gündəliyə uyğun olaraq Platformanın Əsasnaməsinə üzvlərin təklif etdiyi əlavə və dəyişikliklərlə bağlı “Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov məlumat verib. Platformanın Əsasnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Toplantıda Platformaya üzvlüklə bağlı müraciətlərə baxılıb. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, “Gənc Vətəndaş” Maarifləndirmə İB, "Bələdiyyələrin İnkişafına Yardım” İB Platformaya üzv qəbul olunub. Yeni üzvləri təbrik edən Ə.Nuriyev qeyd edib ki, Platformaya üzvlük açıqdır: “Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilər”. Platformada vətəndaş cəmiyyətinin fəaliyyətinin müxətlif aspektəri ilə bağlı müzakirələr aparılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti təşkilatlarını narahat edən məsələlərin həlli bağlı görülən işlər barədə məlumat verib. Platforma üzvləri Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, İsrail İsgəndərov, Qadir İbrahimli və digərləri təkliflər səsləndiriblər. Stratek.az Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|