Neftin qiyməti düşməyə başlayıb
09 yanvar 2017 16:02
Baxış Sayı: 708,
Müəllif: Qarabaqinfo
Çap Et
Qlobal bazarda neftin qiyməti İranın ixrac həcmini artırması və ABŞ-da aktiv neft quyularının sayının çoxalması xəbəri ilə düşməyə başlayıb. Ölkə.Az-ın məlumatına görə, “Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 mln. bareldən çox və ya 44% neftini ixrac edib. Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barelə enib. Bununla yanaşı, ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və ya 0,76% artaraq 529 ədədə çatıb. Qeyd edilir ki, ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 10 həftədir artır. İllik müqayisədə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd və ya 2,5% artım göstərib. “Report”un analitik qrupu neftin qiymətinin qısamüddətli perspektivdə 50 dollar/barelə qədər azalacağını proqnozlaşdırır. Hazırda “Brent” markalı neftin qiyməti keçən həftənin sonu ilə müqayisədə 1,7% azalaraq 56 dollar/barelə enib. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|