Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 9 dəfə pozub
24 sentyabr 2016 17:28
Baxış Sayı: 958,
Müəllif: Behruz
Çap Et
![]() Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Cəbrayıl və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərtac. |
Bu xəbəri dostlarınla paylaş: