Hüquq müdafiəçisi yoxa çıxıb
01 may 2017 18:09
Baxış Sayı: 806,
Müəllif: Qarabaqinfo
Çap Et
Bəşir Süleymanlıdan bir neçə saatdır xəbər yoxdur, telefonu söndürülüb Hüquq müdafiəçisindən bir neçə saatdır xəbər yoxdur, telefonu söndürülüb. Bu barədə Amerikanın Səsinə Bəşir Süleymanlının vəkili Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Vasif adlı qərargah rəisi Süleymanlını BMCMİ-nə çağırmışdı. “Biz 10 gun əvvəl Yevlax Polis idarəsinə getmişdik. Bir neçə gün əvvəl BMCMİ-nin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı. Birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını bildirmişdi,” deyə vəkil bildirib. Vəkil hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcəyini onunla görüşə cəhd edəcəyini deyib. Jurnalist Xədicə İsmayıl Facebook səhifəsində yazıb ki, Bəşir Süleymanlı son günlər ailəsi və özü dəfələrlə təzyiqə məruz qalıb. Bu gün yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib, dostlara xəbər verməsini istəyib. Xatırladaq ki, Süleymanlı seçkilərin monitorinqini həyata keçirən və müstəqil qiymət verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktorudur. 2014-cü ildə Süleymanlı iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, vaxtından əvvəl azad olunub. Hazırda o, Vətəndaş Hüquqları İnstitutuna rəhbərlik edir. amerikaninsesi.org |
loading...
« Yanvar 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|