Qarabaq.info » Hadisə » Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib - YENİLƏNİB


Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib - YENİLƏNİB

 

Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.

 

Qarabaq.info APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.

 

 

***

 

09.01

 

 

Bakıda intihar olub.

 

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Şəvval Günler özünü 10-cu mərtəbədən atıb.

 

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.

 

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

 

Faktla bağlı cinayət işi başlanıb. Apa.tv