AzTV-nin müxbiri Ukraynada qarşıdurma yaratdı
06 fevral 2017 00:06
Baxış Sayı: 788,
Müəllif: Qarabaqinfo
Çap Et
Ukraynada yaşayan azərbaycanlılar və diaspor rəhbərləri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı etiraza qalxıblar. BakiPost.az-a daxil məlumata görə, M. Aslanovun həmyerlilərimizin qəzəbinə tuş gəlməsinə səbəb diaspor tədbirlərini işıqlandıran zaman bölgə və etnik ayrı-seçkilik yaratmasıdır. İddia olunur ki, Ukraynanın Nikolayev vilayəti Azərbaycanlıları Konqresinin sədri Ələddin Məhərrəmov, Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov, Dnepropetrovski vilayətində diaspor fəalı olan Eldar Tağıyev, Lvov vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri (eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov təmsilçisi) Məcid Nuxiyev, paytaxt Kiyevdəki akademik Zərifə xanım Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, tanınmış azərbaycanlı professor Aydın Salmanovvə digərləri Azərbaycan dövlət televiziyasının Ukrayna təmsilçiliyinin "qara siyahı”sındadır. Onların bütün Ukrayna üzrə Azərbaycan diasporu olaraq aktiv fəaliyyəti M. Aslanov tərəfindən işıqlandırılmır və görməzdən gəlinir. Məlumat üçün bildirək ki, Möhsüm Aslanov tərəfindən ayrı seçkiliyə məruz qalan diaspor fəallarının bir qismi Azərbaycanın cənub bölgəsindən, bir qismi Laçın və Kəlbəcər bölgəsindən, bir qismi isə Şimal bölgəsindəndirlər. Bundan başqa, jurnalistin özünün diaspor fəallarına qarşı ayrı-seçkilik etməsiylə yanaşı, Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyevi də öz təsirinə saldığı bildirilir. Qeyd olunur ki, M. Aslanov A. Xudiyevlə köhnə dostdur. Bu münasibətlərdən doğan vəziyyət o həddə çatıb ki, bu il azərbaycanlıların 20 Yanvar faciəsi ilə bağlı Ukraynanın Dnepropetrovsk şəhərində keçirdiyi kütləvi tədbir AzTV-nin Ukrayna təmsilçisi tərəfindən nəinki işıqlandırılmayıb, hətta onun tövsiyəsi ilə səfir Azər Xudiyev və səfirliyin heç bir əməkdaşı tədbirə təşrif buyurmayıb. Səfirliyin bu hərəkəti isə azərbaycanlıların hiddətinə səbəb olub və bununla bağlı bəyanatla çıxış ediblər. Bəyanatda Möhsüm Aslanovun onlara qarşı əməli və onun təhriki ilə fəaliyyətlərində korrektələr edən səfirin əməlləri pislənib. Narazı olan həmyerlilərimiz bildirilir ki, bu, Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə yenicə təyin olunan Azər Xudiyevlə bağlı ilk və tək xoşagəlməz hal deyil. Buna səbəb kimi isə yeni səfirin məhz səfir kimi təcrübəsizliyi, Ukraynada yaşayan çoxminli soydaşlarımıza qarşı soyuq münasibəti, yanlış kadr siyasəti və digər ciddi məsələlər göstərilir. Qeyd olunur ki, keçmiş səfir Eynulla Mədətlinin dönəmində indikindən qat-qat yaxşı yaşayan Ukrayna azərbaycanlıları, xüsusən də tanınmış ziyalılar yeni səfir Azər Xudiyevin qısa zamanda apardığı dağıdıcı və yarıtmaz siyasətdən narahat olmağa başlayıblar.istiqlal.az Artıq bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət olunub. |
Bu xəbəri dostlarınla paylaş: