Qarabaq.info » Gündəm » Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilmişdir.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilmişdir.


 


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilmişdir.


Qarabaq.info xəbər verir ki, Tədbiri “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev açaraq iştirakçıları salamlamış və bayram münasibətilə təbrik etmişdir.

Günərzi qayğı mərkəzinin fəaliyyətindən söz açan natiq sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə, valideynlərə göstərilən xidmətlər haqqında məlumat vermişdir.

Tədbirdə digər çıxış edənlər də iştirakçıları bayram münasibətilə təbrik etmiş, əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlara göstərilən dövlət qayğısından danışmışlar.

Çıxışlarda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələr, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılmış günərzi qayğı mərkəzlərinin fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Bayram tədbirində mərkəzə cəlb olunmuş uşaqların musiqi, rəsm, bədii qiraət və digər bacarıqları nümayiş etdirilmişdir.

Yeni ilin simvolu sayılan Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirmişdir.

Beyləqan şəhərindəki 2 nömrəli orta məktəbin kollektivinin hazırladığı bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır.

Sonda uşaqlara və onların ailələrinə bayram hədiyyələri verilmişdir.