Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və uşaq evlərində olub
06 oktyabr 2016 12:26
Baxış Sayı: 922,
Müəllif: Qarabaqinfo
Çap Et
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
Qarabaq.info APA-nın məlumatına görə, Leyla Əliyeva burada uşaqların reabilitasiyası, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olub.
Fondun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, söhbət edib, onlarla birgə vaxt keçirib.Burada uşaqlar üçün hazırlanmış əyləncə proqramı təqdim edilib, həmçinin onlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.
Leyla Əliyeva daha sonra Nəsimi rayon 1 saylı körpələr evi və Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub. Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar asudə vaxtlarında onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud, həmçinin valideyn himayəsindən məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|