Qarabaq.info » Gündəm » Tahir Kərimli: “Bizdə olmayan şeyi bizdən istəyəndə, bilsəniz nələr çəkirik”


Tahir Kərimli: “Bizdə olmayan şeyi bizdən istəyəndə, bilsəniz nələr çəkirik”

“Bu gün vətəndaşlar deputatlardan müalicə, evinin təmiri, təhsil haqqı üçün pul istəyirlər. Sanki deputatların özlərinin fondları var”. 

 Qarabaq.info Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasındakı  çıxışı zamanı deputat Tahir Kərimli deyib. O bildirib ki, vətəndaşlar şəxsi maddi istəklərinə görə deputatlara üz tuturlar ki, bu da düzgün deyil: 

“İnsanlar bütün deputatlara öz şəxsi istəklərinə görə müracitələr edirlər. Bu düzgün deyil. Axı deputatların özlərinin şəxsi fondları yoxdur. İstəyirik ki, konkret olaraq hansısa problemlərin həlli üçün bizlərə müraciətlər daxil olsun. Amma biz deputatlar ümumən insanların maddi problemlərinin həllinə görə birbaşa kömək etmək iqtidarında deyilik. Vətəndaşlar başa düşsünlər ki, bizdə olmayan şeyi bizdən istəyəndə bizlər nələr çəkirik”. 

Tahir Kərimli məhkəmə hakimlərinin fəaliyyətinə də toxunub: “Mən özüm də uzun illər məhəkəmə hakim işləmişəm. Əgər bir hakim ki, vətəndaşın problemini, işini ürəyində ağrı ilə keçirtmirsə, o hakim deyil. Gərək vətəndaşın, insanın problemini hakimlər ürəklərində yaşayıb, onlar haqqında ədalətli qərarlar çıxarsınlar. Hakimlər bilməlidirlər ki, qarşılarında oturan ilk növbədə hər şeydən öncə insandır”. Modern.az