Şəxsiyyətin Miralim zirvəsi
02 noyabr 2016 18:26
Baxış Sayı: 1 081,
Müəllif: Qarabaqinfo
Çap Et
Şəxsiyyətin Miralim zirvəsiMiralim Bəhramov: “Ən azından bilməliyəm ki, özünə prezident deyənin Kələkidə nə işi var və bunu da mənə izah eləməlidir ki, məni niyə həbsə atmışdılar” İskəndər Həmidova silləni kim vurdu? Xatırlatma Axı biz belə danışmamışdıq... Söhbətimiz başqa cür olmuşdu. Yaşca məndən böyük olsan da, söz vermişdin ki, mənim edə bilmədiklərimi Sən edəcəksən. Amma Yol böyüyündür... CƏDDAmızın keçdiyi yollardan keçə-keçə onların sırasında durdun. Amma həqiqəti və əqidəsi mədəsində yuvalanmış bu cəmiyyətin dumanlı-siyah eynəyindən Sən-in ucalığın görünmürdü... Yaddaş Bizi dostlarımız tanış eləmişdilər. Yığcam, gərili yay kimi bədəni və bunlardan da güclü işıqlı təbəssümü vardı. Danışarkən bütün varlığı hərəkətə gəlirdi. Atletik bədəni, nurlu seyyidi gözləri, iti intuisiyası qayım-qayım qaynayırdı. Ona laqeyd qalmaq mümkünsüz idi. Yüzillərin, minillərin dərinliyindən gələn seyyidi nuru çevrəsindəkiləri maqnit kimi özünə cəlb edirdi. Bu xalqın qüruruna, özgürlüyünə uşaq sadəlövhlüyü ilə inanırdı. Uşaqların inandığına iman gətirməyən isə Haqdan deyil, bu xalqdandır. Dostlarının, çevrəsindəki insanların içini zahirləri qədər aydınca görürdü. Və bu iç-zahir uyuşmazlığını imam övladına xas alicənablıqla görməzliyə vura bilirdi. Hesab -Kələkiyə nə yaxşı gedirsən? -Bəylə söhbətim var və həm də hər şeyin bir hesabı var. Hesab zamanıdır. Ən azından, bilməliyəm ki, özünə prezident deyənin Kələkidə nə işi var və bunu da mənə izah eləməlidir ki, məni niyə həbsə atmışdılar. Naxşıvana yaxın dostu Əliqismətlə gəlmişdi və elə həmin gün də Kələkiyə yollandılar. Qayıdarkən xeyli sakitləşmişdi. -Onun “Kələki qalaqurması”nı qəbul etmirəm. Prezident belə etmir. Prezident belə etməz. Diri prezidentin şəhid prezidentdən böyüklüyü kəmdir. Amma onun hakimiyyəti dönəmində mənim həbsə atılmağımın əsil səbəbini izah edərkən müəyyən qədər razılaşdım. Sakitcə üzünə baxdım və söhbətin ardını gözlədim. Amma burada məsələ oxucuya tam şəkildə aydın olsun deyə bir haşiyə etməliyəm. SSRİ dağılandan sonra beynəlxlaq narkomafiyanın əsas kanallarından biri də Azərbaycandan keçirdi: Əfqanıstan-İran-Azərbaycan-Rusiya və Avropa. İrandan Azərbaycana irihəcmdə keçirilən narkotiklər Astara gömrüyündən keçib Masallı-Cəlilabad marşrutu ilə Bakıya və oradan da Rusiyaya yön alırdı. Miralim Bəhramova bu da dəqiq məlum idi ki, həmin narkotiklərin Azərbaycan ərazisindən sağ-salamat keçirilməsinə müvafiq dövlət strukturlarının bəzi başçıları Astaradan Xaçmaz gömrüyünə qədər nəzarət edir və bundan da öz paylarını alırlar. Və Miralim Bəhramov Cəlilabad rayonunda beynəlxalq narkomafiyanın başağrısına çevrildi. Oxucunun yadındadırsa, həmin dövrdə Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda “əməliyyat” keçirtmiş və hətta əməliyyat zamanı bir ailə gülləboran edilmişdi. Sonradan rəsmi açıqlama verilmişdi ki, guya bu ailənin narkomafiya ilə əlaqəsi var idi. Amma bu, ağ yalan idi. 1988-ci ildən vüsət götürən Azərbaycan Milli-Azadlıq Hərəkatının öncüllərindən olan Miralim Bəhramov da elə o zamanlar həbs edildi. Mafiyanın təkərinə çubuq soxduğuna görə... Miralimin bacısı Gülər xanımın AXC-nin baş qərargahında o zamankı daxili işlər naziri İskəndər Həmidova tutuzdurduğu sillənin səsi indi də çoxlarının yadındadır. Elə eks-nazir İskəndər Həmidovun da... -Elçibəy Kələkidə təkbətək söhbətimizdə mənə dedi ki, mafiyaya mane olduğuna görə səni öldürəcəkdilər. Səni ona görə həbsə atdırdım ki, ölümdən xilas edim. Azadlıqda qalsaydın, üstünə ad qoyub səni mütləq öldürəcəkdilər. Səni xilas etməyin başqa yolu yox idi. Ancaq bu cür səni qorumaq olardı. Və Naxçıvandakı mənzilimdə çıraq işığında Miralim qanıqara halda bunları danışarkən Elçibəyin Kələkidə bu sətirlərin müəllifinə dediyi başqa sözlər yaddaşda oyandı: “Rəhim Qazıyevlə İskəndər Həmidovun öhdəsindən gələ bilmirdim. Dövləti içəridən dağıdırdılar”. Ani Vida Yaşamaq Sən-ə yaraşırdı. Çünkli həyat Sən-in üçün yük, əzab, candərdi güzəran deyildi. Allahdan gələn missiya idi. Və Sən bu fərəhi duyurdun. Zaman Sən-in Uca Ruhunu aparanda mən xəstəxanada onun məndən apardığının ağrısını çəkirdim. Bu gecikmiş vidaya görə Haqqını halal et, qardaş! Məqamın uca olsun demirəm. Görünən dağa bələdçi gərəkmi? Görüşənə qədər...Unikal.org-a Turanxeber.az istinaden Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: