Qarabaq.info » Dünya » Türkiyə parlamentində qarşıdurma


Türkiyə parlamentində qarşıdurma


Türkiyə parlamenti prezidentin səlahiyyətlərini artıran yeni konstitusiya ilə bağlı sənədin təsdiqinə yaxınlaşıb. Rəcəb Tayyib Ərdoğanın tərəfdarları sənədin ölkəyə sabitlik gətirəcəyini deyir, onun oppnentləri isə bunu avtoritar rejimə addım kimi qiymətləndirir.

Parlament 18 maddəli sənədin ilk 7-ni ikinci səsvermədə təsdiq edib.

Yeni sistem altında Ərdoğan 2029-cu ilədək NATO üzvü və Avropa İttifaqına namizəd olan ölkədə rəhbərlik edəcək.

Aylin Nazlıaka

İslahatlarla bağlı debatlar zamanı müstəqil qanunverici Aylin Nazlıaka əllərini podiuma zəncirləyərək, prezidentin səlahiyyətlərinin gücləndirilməsinə etirazını bildirib.

Hakim AKP partiyasından qanunverici etiraza güc tətbiq etməklə mane olub. Parlamentdə qarşıdurma yaşanıb.

Ədalət və İnkişaf Partiyasını dəstəkləyən millətçi MHP partiyası zəif koalisiya hökumətinin yaradılmasına mane olmaq üçün güclü idarəçiliyə ehtiyac olduğunu bildirir. amerikaninsesi.org