Qarabaq.info » Dünya » Tehranda çökən ticarət mərkəzindəki dükan sahiblərinə 395 milyon dollar ziyan dəyib


Tehranda çökən ticarət mərkəzindəki dükan sahiblərinə 395 milyon dollar ziyan dəyib

 

Yanvarın 19-da Tehranda çoxmərtəbəli ticarət mərkəzində baş verən yanğın və binanın çökməsi nəticəsində dükan sahiblərinə təxminən 395 milyon dollar məbləğində ziyan dəyib.

 

Qarabaq.info APA-nın Tehran bürosunun məlumatına görə, faciəli hadisə nəticəsində 20 min nəfər iş yerini itirib.

 

Binanın çökməsindən 24 saat keçsə də, xilasedicilər hələ də dağıntılar altında qalmış insanların xilası üçün çalışır. Dağıntılar altında 50 nəfərə yaxın insanın qaldığı bildirilir. Xilasedicilər yaxınlıqdakı binaların zirzəmisindən və kanalizasiya xəttindən binanın içərisinə girməyə çalışırlar. 

Bu gün səhər yaralı xilasedicilərdən biri ölüb.

 

Xatırladaq ki, Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.