Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi
10 yanvar 2017 11:52
Baxış Sayı: 695,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Türkiyə parlamenti hakim AKP-nin konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib. Qarabaq.info Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib. 134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb. Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir. Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidini nəzərdə tutur. |
Bu xəbəri dostlarınla paylaş: