Dogru.Tv > Dünya > Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi

Ərdoğan planı işə düşdü: Türkiyə qərar verdi


Tarix: 10-01-2017, 11:52. Müəllif: Qarabaqinfo
 

Türkiyə parlamenti hakim AKP-nin konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib.


Qarabaq.info Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib.

134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb.

Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.

Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidini nəzərdə tutur.


Geri Qayıt