Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün kvota məhdudiyyətini aradan qaldırıb
06 yanvar 2017 11:12
Baxış Sayı: 702,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
Qarabaq.info APA-nın “saudigazette.com”a istinadən verdiyi xəbərə görə, kral bununla bağlı Ali Həcc Komitəsinin sədri, şahzadə Məhəmməd bin Nəifin təklifini qəbul edib.
Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilib. |
Bu xəbəri dostlarınla paylaş: